Aprelin 6-dan “Bavariya” öz bazasında məşqləri bərpa edəcək.
Bu barədə “Kicker” məlumat yayıb. Məşqlər məhdudlaşdırıcı rejimdə olacaq. Futbolçular beş qrupa bölünəcək: dörd qrupda dörd, bir qrupda beş futbolçu olacaq. Daha öncə yayılan xəbərə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya bundesliqası mayın əvvəlində bərpa ediləcək.///qol.az