İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putin zəng edərək ölkəsinin Azərbaycana dron hücumu həyata keçirmədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Politoloq qeyd eidr ki, o, bu hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib:
"Demək, Məsud Pezeşkian Naxçıvana dron hücumuyla bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə təkzib yolunu seçib. İran Prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında isə dron hücumunun ABŞ və ya İsrailin dayandığına işarə edilib. Bu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirib. Pezeşkian və onun kimi düşünənlərin bir başqa məntiqinə görə, ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə ona görə dron hücumu həyata keçiriblər ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirsinlər".
Elxan Şahinoğlu bildirib ki, elə bil bu illərdə Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb:
"Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Bunun da arxasında ABŞ və İsrail dayanır?"