Ucnoqta.az
www.ucnoqta.az

“Bavariya” məşqlərə başlayır

13:26 - 5 Aprel 2020 tarixində dərc olunub.

Aprelin 6-dan “Bavariya” öz bazasında məşqləri bərpa edəcək.

Bu barədə “Kicker” məlumat yayıb. Məşqlər məhdudlaşdırıcı rejimdə olacaq. Futbolçular beş qrupa bölünəcək: dörd qrupda dörd, bir qrupda beş futbolçu olacaq. Daha öncə yayılan xəbərə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya bundesliqası mayın əvvəlində bərpa ediləcək.///qol.az

Müəllif: