Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb.
Nazir həmçinin infeksiyaya yoluxanların sayının 2 704 nəfər artaraq 13 531 nəfərə yüksəldiyini, 243 nəfərin isə koronavirusdan sağaldığını vurğulayıb. ///report