İtaliyada son bir gündə yeni növ koronavirus infeksiyasından (COVID-19) 756 nəfər ölüb, daha 5217 nəfərdə isə virusa yoluxma qeydə alınıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 97 689, virusdan ölənlərin sayı isə 10 779 nəfərdir.