Britaniya Çempionatında “Leyton Orient”-“Northempton” matçı 17 futbolçunun davası ilə bitib.
Bu barədə “Daily Mail” xəbər yayıb. Davaya səbəb “Leyton Orient” futbolçusunun cərimə zərbəsi ilə hesabı bərabərləşdirməsi olub.
Kadrlardan görünür ki, “Leyton Orient”dən Ceyms Deyton “Northempton”un müdafiəçisi Skott Uortonun boğazından yapışaraq, onu yerə yıxıb. Bundan sonra onlar arasında dava başlayıb. Nəticədə, daha 17 oyunçu əlbəyaxa olub.
Sonda davanı başladan iki oyunçu meydandan qovulub./oxu.az