DÇ-2020-nin elit-raunda mübarizə aparacaq futzal üzrə Azərbaycan millisinin ilk iki oyunu üçün hakim təyinatları açıqlanıb.
AFFA-dan Trend-ə bildirilib ki, Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da yerli komanda və Rusiyaya qarşı keçirəcəyi matçları İtaliyadan olan hakimlər idarə edəcək:
29 yanvar
23:00. Xorvatiya – Azərbaycan
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer
30 yanvar
20:00. Azərbaycan – Rusiya
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Chiara Perona