"Barselona"nın baş məşqçisi bu gün istefaya göndərilə bilər

13:47 - 13 Yanvar 2020 - İDMAN

Bu gün İspaniyanın “Barselona” klubunun direktorlar şurasının yığıncağı keçiriləcək.
 

Apasport.az saytının məlumatına görə, iclasın əsas müzakirə mövzusu baş məşqçi Ernesto Valverde olacaq.

55 yaşlı mütəxəssisin taleyinə də məhz bu yığıncaqda aydınlıq gələcək. O, bu gün istefaya göndərilə bilər.

Qeyd edək ki, E.Valverde 2017-ci ilin iyulundan “Barselona”nın baş məşqçisidir. Ardıcıl iki mövsüm komandaya çempionluq qazandıran mütəxəssisin yetirmələri cari çempionatın da lideridir.

Xəbər xətti