Ukraynanın "Rux" klubu "Kəpəz"in U-17 komandasının qapıçısı Cavid Qurbanovla maraqlanır.
Lvov təmsilçisi 17 yaşlı oyunçunun keçidi ilə bağlı Gəncə klubuna rəsmi təklif göndərib.
"Kəpəz" razılıq verəcəyi təqdirdə futbolçu yanvarın 15-də klubun düşərgəsinə yollanacaq və məşqlərdə iştirak edəcək.
"Rux" yaxın vaxtlarda Qurbanovun mümkün transferi ilə bağlı Gəncə təmsilçisi ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Futbolçunun atası İntizar Qurbanov "Report"a açıqlamasında Cavidin Ukraynaya getməkdə maraqlı olduğunu söyləyib.
Qeyd edək ki, "Rux" Ukraynanın I Divizionunda 39 xalla liderdir./report