"Barselona" "Espanyol" ilə heç-heçə oynayıb
09:33 - 5 Yanvar 2020 - İDMAN
Futbol üzrə İspaniya çempionatının 19-cu turunda səfərdə "Barselona" "Espanyol" ilə heç-heçə oynayıb.
Trend-in məlumatına görə, oyun 2:2 hesabı ilə bitib.
"Espanyol"un heyətində qolları David Lopes (23-cü dəqiqə) və U Ley (88) vurub. "Barselona"dan Luis Suares (50) və Arturo Vidal (59) fərqləniblər.
75-ci dəqiqədə ikinci sarı vərəqəni Hollandiyalı yarımmüdafiəçi Frenki de Yong alıb.