Arturo Vidal "Barselona"nı məhkəməyə verdi

21:23 - 28 Dekabr 2019 - İDMAN

İspaniya "Barselona"sının futbolçusu Arturo Vidal klubu məhkəməyə verib.32 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisini müqavilədəki bir sıra detallara görə 2.4 milyon avro bonusu ödəməməkdə ittiham edir.

Sözləşmədəki bəndə əsasən, çilili oyunçu ötən mövsümdəki oyunların 60 faizində ən azı 45 dəqiqə meydanda olduğu təqdirdə, 2 milyon avroya yaxın mükafat almalı idi. Ancaq Vidal bu şərti matçların yarısında meydanda olub. Buna görə də "Barselona" razılaşdırılmış məbləğdən başqa heç bir borcu olmadığını bildirib. Futbolçunun vəkilləri isə Vidala ödənişin 50 faizinin verilməsini tələb edirlər. Məhkəmə iddiasının qalan hissəsi yarımmüdafiəçinin klubla bağladığı müqavilədəki digər məqamlarla əlaqədardır. Klubun Çempionlar Liqasında 1/8 və 1/4 finala çıxması və La Liqada çempion olmasına görə Vidala bonuslar ödənilməli idi.

Qeyd edək ki, Arturo Vidalın İtaliya "İnter"inə keçməyə yaxın olduğu bildirilib. İddialara görə, "Yuventus" da yarımmüdafiəçi üçün mübarizəyə qoşulub./trend

Xəbər xətti