UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

09:45 - 28 Dekabr 2019 - İDMAN

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba vəsait ayırıb. 

AFFA-nın rəsmi saytında verilən məlumata görə, vəsait 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klublara ödənilir. 


"Neftçi" - 56,794.43 avro
"Səbail" - 56,794.43 avro
"Qəbələ" - 56,794.43 avro
"Zirə" - 56,794.43 avro
"Sumqayıt" - 56,794.43 avro
"Sabah" - 56,794.43 avro
"Keşlə" - 56,794.43 avro
 

Qeyd edək ki, "Keşlə” üçün nəzərdə tutulmuş vəsait paytaxt təmsilçisinin aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Xəbər xətti