İbrahimoviç "Milan"a qayıtdı - Rəsmi

22:39 - 27 Dekabr 2019 - İDMAN

"Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviçin "Milan"a qayıdışı rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb. İtaliya mətbuatı  İbrahimoviçin A seriyası təmsilçisində bu mövsüm 3 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, isveçli oyunçu bundan əvvəl 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

Xəbər xətti