Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.
Bu barədə AFFA açıqlama yayıb. Qurumun yaydığı məlumata əsasən, hazırda AFFA və TFF arasında danışıqlar aparılır. Bildirilir ki, qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.
Hərçənd Türkiyə millisinin baş məşqçisi Şenol Günəş mətbuata verdiyi açıqlamada məsələnin dəqiqləşdiyini bildirib. Onun sözlərinə görə, qarşılaşma mayın 26-da Antalyada baş tutacaq./apasport