Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə komandalar rəqiblərini tanıyıb. Turnirin son qalibi "Liverpul" Madridin "Atletiko" klubu ilə qarşılaşacaq. "Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub.
Çempionlar Liqası
1/8 final
"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq./qol.az