İranın Azərbaycandakı Səfirliyində tüstülənmə olub- Foto

18:21 - 9 Dekabr 2019 - HADİSƏ

İranın Azərbaycandakı səfirliyində tüstülənmə olub.

Tüstülənmə səfirliyin binasında otaqlardan birində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tüstülənmə binada təmir aparılan otaqlardan birində baş verib. FHN əməkdaşlarının səyi nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.

Xəbər xətti