Azərbaycan milli komandasının və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.
27 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır. Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Sözügedən oyunçularla yanaşı, İsrafilov da həmin görüntüləri yayıb.
Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib.
Prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Onun anası azərbaycanlı, atası isə toqoludur./report