“Qarabağ” “Sevilya”ya məğlub oldu

01:53 - 29 Noyabr 2019 - İDMAN

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib. 


Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” da səfərdə meydana çıxıb. 1/16 final mərhələsi üçün şanslarını saxlayan Qurban Qurbanovun komandası “Roman Saçes Pisxuan” stadionunda “Sevilya”nın qonağı olub.

Qrupdan çıxmaq şansını saxlamaq üçün, Ağdam təmsilçisni səfərdə ən azı heç-heçə etməli olsa da, bunu bacarmayıb. "Sevilya" ikinci hissədə vurduğu qollarla "Qarabağ"ı 2:0 hesabıyla məğlub edib.

Qrupun digər oyununda isə APOEL səfərdə "Düdelanj"ı üstələyib - 2:0. Bu nəticələrdən sonra xallarının sayını 7-yə çatdıran və şəxsi oyunlara görə "Qarabağ"ı üstələyən Kipr təmsilçisi qrup ikincisi kimi 1/16 finala adlayıb.

5-ci tur

A qrupu

00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 2-0 

Qollar: Brayn Gil, 61, Dabbur, 90+1

Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

 
/qafqazinfo

Xəbər xətti