Bu gün "Qarabağ" "Sevilya" ilə qarşılaşır

07:18 - 28 Noyabr 2019 - İDMAN

Bu gün "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandasının qonağı olacaq. "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək. A qrupunda yer alan "Qarabağ" və Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2)2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda - 5 dəfə qalibi olan "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə "Düdelanj"ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.

24:00.
"Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Məhəmməd Əl-Hakim
Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi
Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç) Sevilya,
"Ramon Sançes Pisxuan" stadionu /report

Xəbər xətti