AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Qurum "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimliyə 3 oyunluq cəza verib. Buna səbəb oyunçunun "Sumqayıt"a uduzduqları (1:2) matçda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır. Gənc yarımmüdafiəçi bu səbəbdən Ağdam təmsilçisini 2400 manat ziyana da salıb.
Həmin görüşdə “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. /report