AFFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-17) iki üzvünü İspaniyaya göndərib.
Bunlar Rauf Rüstəmli (“Qəbələ”) və Musa Musazadədir (“Qarabağ”). Hər iki futbolçu İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marset” Futbol Akademiyasına göndərilib.
Futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək (dörd həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər./oxu.az