"Azərbaycan millisi kimi zəif rəqib görməmişdim"- 66 yaşlı mütəxəssis

14:04 - 22 Noyabr 2019 - İDMAN

1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olmuş Ladislav Yurkemik Slovakiya millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana (2:0) qarşı keçirdiyi oyunu şərh edib.

Sportinfo.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis yığmamızı olduqca zəif komanda adlandırıb:

“Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk yarıda onları müdafiəyə sıxmışdıq. Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra oyunu yavaşlatdı. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar”.

Xəbər xətti