Nurməhəmmədov altı aylıq UFC-dən kənar qaldı

18:50 - 21 Noyabr 2019 - İDMAN

Moskvada keçirilmiş UFC 163 döyüşündən sonra aparılan tibbi göstəricilərə əsasən beş MMA idmançısı yarışlardan uzaqlaşdırılıb.

Bunların arasında Əbubəkr Nurməhəmmədov da var.

Bütün bu beş döyüşçü 180 günlüyə yarışlardan uzaqlaşdırılıb. Ancaq bu müddət növbəti tibbi müayinədən sonra daha da qısa ola bilər. Nurməhəmmədov dirsəyindən aldığı zədəyə görə azı 21 gün istirahət etməlidir.

Qeyd edək ki, Əbubəkr Nurməhəmmədov Həbib Nurməhəmmədovun əmisi oğludur. O, UFC-də məhz həmin gecə debüt edib. Almaniyalı David Zavada ilə görüşün ilk raundunda zədə aldığı üçün ona məğlubiyyət verilib./oxu.az

Xəbər xətti