Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona Argentinanın “Ximnasiya” klubunun baş məşqçiliyindən qovulub.
Oxu.Az xəbər verir ki, bu haqda klubun prezidenti Qabriel Pelleqrino “La Red” radiostansiyasının canlı efirində məlumat verib.
Maradonanın müqaviləsi cari ilin sonuna qədər nəzərdə tutulmuşdu. Baş məşqçinin xidmətlərində “Arxentinos Xuniors” və “Qodoy Krus” klubları maraqlıdırlar.