Fransa yığmasının futbolçusu Antuan Qrizmann İspaniyanın “Barselona” klubunu tərk etmək istəyir.
“Report” “Ok Diario”ya istinadən xəbər verir ki, 28 yaşlı forvard kapitan Lionel Messi ilə problem yaşadığı üçün çıxış yolunu getməkdə görür. Onun karyerasını Fransa təmsilçisi PSJ-də davam etdirməyə müsbət yanaşdığı bildirilir.
Məlumata görə, Qrizmann PSJ-dən Neymarın qaytarılması üçün istifadə oluna bilər.
Qeyd edək ki, Qrizmann bu ilin yayında İspaniya “Atletiko”sundan 120 milyon avroya “Barselona”ya keçib.