"Barselona" ciddi itki ilə üzləşib.
Çempionlar Liqasının 4-cü turunda ötən gecə "Slavia" ilə oyunda (0:0) zədələnərək əvəzlənən Jordi Alba 1 aya yaxın meydana çıxa bilməyəcək. Belə ki, tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda ciddi problem aşkarlanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyunda 1 qol vurub./trend