Azərbaycan millisinin heyəti açıqlanıb

16:54 - 6 Noyabr 2019 - İDMAN

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, məşqçilər korpusu 25 futbolçuya dəvət göndərib.

U-21-in heyəti: Kamran İbrahimov, Ömər Buludov (hər ikisi "Neftçi"), Oleq Karnaux, Elçin Mustafayev, Şakir Seyidov, Ozan Can Kökcü (hamısı "Sabah"), Nicat Mehbaliyev, Səbuhi Abdullazadə, Elvin Cəfərquliyev, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Amin Seydiyev, Rövlan Muradov (hər ikisi "Qəbələ"), Turan Manafov ("Səbail"), Murad Qayalı, Tural Bayramlı (hər ikisi "Keşlə"), Nihad Tamazov, Toral Bayramov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Musa Qurbanlı (hamısı "Qarabağ"), Hüseyin Seyliğli ("Darica Gənclərbirliyi", Türkiyə), Rafael Məhərrəmli ("Zirə"), Fərid Nəbiyev ("Slaviya", Çexiya), Barış Ekincier ("SK Austria Klagenfurt", Avstriya), Doğukan Öksüz ("Eyüpspor", Türkiyə).

Xatırladaq ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteynlə, 19-da isə “Dalğa Arena”da yoldaşlıq oyununda Ukrayna ilə qarşılaşacaq.

Xəbər xətti