Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Azərbaycan Premyer Liqasının X turunun oyunlarında baş verənlər müzakirə edilib.
“Neftçi” – “Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan Ağdam təmsilçisi 800 manat cərimələnib.
“Qəbələ” – “Sabah” qarşılaşmasında da paytaxt təmsilçisinin 4 oyunçusu cəzalandığından 800 manat cərimə ödəyəcək.
“Zirə” – “Sumqayıt” matçında 5 futbolçusu xəbərdarlıq alan meydan sahibləri də 800 manat cərimələnib. Zirəlilər oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün daha 800 manat da ziyana düşüblər. Oyunun ikinci hissəsi paytaxt klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəbdən bakılılar daha 2400 manat cərimələnib.
“Səbail” – “Keşlə” oyunu meydan sahiblərinin gecikməsi səbəbindən 3 dəqiqə gec başlayıb. Bu üzdən klub 2400 manat ziyana düşüb. Oyun başa çatdıqdan sonra “Səbail”in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunub.