Bu gün Çempionlar Liqasında II dövrə start götürəcək.
IV turun ilk günündə E, F, G və H qruplarında oyunlar baş tutacaq. Bu qarşılaşmalar 1/8 finala ilk vəsiqənin sahibini tapması ilə nəticələnə bilər. Qrup mərhələsini adlayan ilk komanda olmağa “Napoli” yaxındır.
E qrupunda çıxış edən İtaliya klubu bunun üçün Avstriya “Zalsburq”una qalib gəlməli, “Liverpul”un “Genk”ə uduzmamasını gözləməlidir. “Böyük beşlik” təmsilçilərinin ikisi də evdə oynadığından neapolluların mərhələ keçməsi kifayət qədər realdır.
F qrupunda diqqətlər Dortmunda yönələcək. Burada “Borussiya” “İnter”i qəbul edəcək. “Barselona” isə “Slaviya”nı sınağa çəkəcək.
G qrupunda “Zenit” “Leypsiq”i, “Lion” “Benfika”nı qəbul edəcək. “Çelsi” – “Ayaks” görüşü H qrupunun mərkəzi qarşılaşması olacaq. Digər matçda “Valensiya “Lill”lə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
5 noyabr
E qrupu
00:00. “Liverpul” (İngiltərə) – “Genk” (Belçika)
00:00. “Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)
F qrupu
21:55. “Barselona” (İspaniya) - “Slaviya” (Çexiya)
00:00. “Borussiya” (D, Almaniya) - “İnter” (İtaliya)
G qrupu
21:55. “Zenit” (Rusiya) - “Leypsiq” (Almaniya)
00:00. “Lion” (Fransa) – “Benfika” (Portuqaliya)
H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Ayaks” (Hollandiya)
00:00. “Valensiya” (İspaniya) – “Lill” (Fransa)
/Apa