"Qarabağ"ın hücumçusu bir ayadək sıradan çıxıb
18:00 - 2 Noyabr 2019 - İDMAN
"Qarabağ" klubunun futbolçusu Mahir Emreli bir ayadək müddətə sıradan çıxıb.
Klubdan "Report"a verilən məlumata görə, 22 yaşlı hücumçu səfərdə "Neftçi" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının X tur matçının uzatma dəqiqələrində əzələsini dartıb. Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olduğu müəyyənləşib.
Emreli Premyer Liqanın bir neçə oyunu ilə yanaşı, Avropa Liqasında Kipr APOEL-i və İspaniya "Sevilya"sı ilə səfər matçlarını da buraxmalı olacaq.