Azərbaycanın FİFA referisi Rauf Cabarov beynəlxalq təyinat alıb.
AFFA-nın rəsmi saytında verilmiş məlumata görə, Rauf Cabbarov UEFA Gənclər Liqasında “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (Italiya) oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.
Qarşılaşma noyabrın 6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək.