Argentina millisinin futbolçusu Lionel Messi klub karyerasında qol sayına görə Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldunu keçib.
32 yaşlı hücumçu buna kapitanı olduğu İspaniya “Barselona”sının La Liqanın XI turunda evdə “Valyadolid”i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.
Qarşılaşmada dubl edən və 2 məhsuldar ötürmə verən Messi klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə iştirak etməklə reallaşdırıb. Ronaldu isə 813 oyunda 606 dəfə fərqlənib.
Messi orta hesabla hər oyunda 0,87 qol vurur. Ronalduda bu göstərici 0,75-dir./report