Bu gün İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.
“Mançester Siti” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 46-cı dəqiqədə Rahim Sterlinq, 66-cı dəqiqədə Kevin De Brüyne və 70-ci dəqiqədə İlkay Gündoğan vurub.
87-ci dəqiqədə “Mançester Siti”in futbolçusu Fernandinyonun ikinci sarı vərəqəsini alması ilə meydan sahibləri azlıqda qalsalar da, qələbəni əldən verməyiblər.
Xallarının sayını 22-yə çatdıran “Mançester Siti” 10 turdan sonra ikinci pillədə qərarlaşıb. /oxu.az