Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, Ramal Aslanovun ardından “Ağ Canavar” ləqəbli Eduard Məmmədov (-63 kq) finalda italiyalı rəqibini məğlub edərək dünya çempionu olub.
Bu, Eduard Məmmədovun WAKO tərəfindən keçirilən dünya çempionatında ilk qızıl medalıdır. Digər finalçılarımızdan Məhəmməd İmanov və Telman Məhərrəmov isə finalda uduzaraq gümüş medalla kifayətlənib.
Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Haşimi isə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan millisi vətənə doqquz medalla (iki qızıl, iki gümüş və beş bürünc) dönəcək.