"Kiprdə qarşılarında güclü “Qarabağ” görəcəklər" - Tahir Gözəl

00:04 - 25 Oktyabr 2019 - İDMAN

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə 2:2 hesablı heç-heçədən sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyunun nəticəsinə adam üzülür. “Qarabağ”ın oyunu möhtəşəm idi. Ona görə üzülürük ki, “Qarabağ” burda qalib gəlməli idi. Oyunumuzla buna layiq idik. Çox epizodlarımız oldu. Səhvlərimiz də oldu. Buna baxmayaraq, performans möhtəşəm alındı. “Qarabağ” Azərbaycanı qürurlandırdı. Qrupda 2-ci yerdəyik. Bu o deməkdir ki, mübarizəni davam etdiririk. “Qarabağ” bugünkü kimi oynamağa davam etsə, inşallah, tarixdə etmədiyini reallaşdıracaq və mərhələni keçəcək. “Qarabağ”dan məmnunam. Bu oyun xoş təsir bağışladı. Burdan qalib çıxmalı idik. Mübarizəyə davam edəcəyik.

- “Qarabağ” APOEL-i Kiprdə bir dəfə məğlub edib. Bu dəfə də reallaşdırmaq olar?
- Əlbəttə, olar. “Qarabağ” bu gün oyuna dominantlıq edirdi. APOEL ciddi rəqibdir. Amma Kiprdə qarşılarında güclü “Qarabağ” görəcəklər. Səfərə böyük əzmlə yollanacağıq. Klubuma inanıram.

- Nəticədən razı qaldınız?
- Xeyr! Biz bu gecə qalib gəlməyə layiq idik. Bərabərlik də pis deyil. Hesab edirəm ki, üstünlük hələ bizdədi. Səhv etməməliyik. Bu inamı davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. Qrupda ikinci yerdə gedirik. Biz əlimizdən gələni etməliyik. Qurban müəllim və klubumuz bu fürsəti qaçırmamalıdı. Futbol həyatdı.

- “Qarabağ” iki xal itirdi?
- Bəli. Amma ikinci yerdə gedirik. Beş dəqiqə sevindik, daha sonra üzüldük. Günümüz belə keçdi.

Xəbər xətti