Messi Ronaldu və Raulun rekordunu təkrarlayıb

10:32 - 24 Oktyabr 2019 - İDMAN

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Çempionlar Liqasında sayca 33-cü komandaya qol vurub.

Argentinalı hücumçu bu dəfə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə III tur matçında fərqlənib. O, 3-cü dəqiqədə hesabı açıb. Görüş isə "Barselona"nın qələbəsi ilə yekunlaşıb - 2:1.
Messi bu qolla hazırda İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldu və "Real Madrid"in sabiq forvardı Raulun rekordunu təkrarlayıb.

Digər tərəfdən, 32 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına yiyələnib. O. ilk dəfə 2 noyabr 2005-ci ildə Yunanıstan "Panatinaikos"una 5:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Hazırda aktivində 113 qolu olan Messi yalnız Ronaldudan 127 qol) geri qalır.

Qeyd edək ki, Lionel Messi bu mövsüm Çempionlar Liqasında ilk qolunu "Slaviya"nın qapısından keçirib. Hazırda "Barselona" F qrupunda 7 xalla liderdir. /report

 

Xəbər xətti