ABŞ Ticarət Nazirliyi Ermənistanın İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutu Qapalı Səhmdar Cəmiyyəti və “Markel” Qapalı Səhmdar Cəmiyyətini öz qara siyahısına salıb.
Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin saytında yer alıb. Məlumata görə, İrəvan Əlaqə Vasitələri Elmi Tədqiqat İnstitutunun bu siyahıya düşməsinə səbəb QSC-nin ABŞ Təhlükəsizlik və Sənaye Bürosunun kommersiya nəzarəti siyahısında olan malları lazımi lisenziyalar olmadan reeksport etməsi olub.
Digər tərəfdən Vaşinqton hər iki QSC-nin icraçı direktorunun ABŞ sanksiyaları altında olan İran təşkilatları ilə bizneslə məşğul olduğu bildirilib.
Nazirlik sanksiyaların çərşənbə günündən qüvvəyə mindiyini vurğulayıb./Axar.az