Rusiyada 7 nəfər vəhşi çimərlikdə boğulub

11:29 - 16 İyul 2019 - DÜNYA

Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutsk şəhərindəki vəhşi çimərlikdə 4 yetkin şəxs və 3 uşaq ölüb.

Rusiya FHN-in Regional İdarəsindən bildiriblər ki, Lena çayındakı çimməyə icazə olmayan vəhşi çimərliklərdən birində ümumi 12 nəfər olub. İlkin məlumatlara görə, nəzarətsiz qalan uşaqlar boğularkən onları xilas etməyə çalışan böyüklər də dalğalara "təslim olub".

Hazırda psixoloqlar ölənlərin qohumları ilə söhbət edir, ekspertlər başverənlərin təfərrüatlarını öyrənir, Rusiya İstintaq Komitəsinin regional bölməsi isə yoxlama aparır./report

 

Xəbər xətti