Erməni hərbçiləri daşıyan maşın qəzaya düşdü - 18 yaralı

07:10 - 12 Aprel 2019 - Xəbər

Ermənistanın Sünik vilayətində “ZİL” markalı hərbi maşın qəzaya uğrayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, nəticədə 18 nəfər müxtəlif xəsarətlərlə Mehri tibb mərkəzinə yerləşdirilib. Hərbçiləri daşıyan maşın Mehridən Naxçıvan sərhədi istiqamətində hərəkət edirmiş. “ZİL”də 18-20 yaşlı 20-dək əsgərin olduğu müəyyən edilib. Yaralıların əksəriyyəti sınıq xəsarəti alıb.

Qəzaya səbəb kimi maşının əyləc sistemində yaranmış texniki problem göstərilir.
Hazırda onların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər xətti