ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem təhlükəsizlik səbəbi ilə Vaşinqtondakı hərbi bazaya müvəqqəti köçdüyünü təsdiqləyib.
Ucnota.az xəbər verir ki, bu barədə Noem Fox News-da deyib. Buna səbəb onun yaşayış yeri ilə bağlı təfərrüatları açıqlayan media nəşrləri olub.
"Mən hələ də mənzilimin kirayəsini ödəyirəm, lakin media mənim ünvanımı, yerin təfərrüatlarını, o cümlədən pəncərələrin hansı tərəfə baxdığını dərc etdiyi üçün oranı tərk etməli oldum. Təhdidlər o qədər ciddi idi ki, müvəqqəti olaraq başqa yerə köçmək məcburiyyətində qaldım", - o, eyd edib.
Nazir həmçinin qeyd edib ki, Amerikanın “The Washington Post” qəzeti onun iqamətgahının təfərrüatlarını əks etdirən məqalə dərc edib və jurnalistlərin hərəkətlərini “səhlənkarlıq, düşüncəsiz və ürəksiz” adlandırıb.