Mançesterə uçan təyyarənin pilotunun səhhəti pisləşdi - Təcili eniş etdi

07:34 - 19 Avqust 2025 - DÜNYA

İstanbul hava limanından Mançesterə uçan EasyJet reysi ikinci pilotun Çexiya səmasında xəstələnməsindən sonra Almaniyanın Köln hava limanına məcburi eniş edib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni ikinci pilot təyin edildikdən sonra uçuş beş saatlıq gecikmə ilə Mançesterə səyahətini tamamlayıb.

Hadisə avqustun 15-də baş verib. İstanbul hava limanından İngiltərənin Mançester şəhərinə uçan EasyJet Airbus A320 təyyarəsinin ikinci pilotu Çexiya səmasında xəstələnib. Qarın nahiyəsində şiddətli ağrılar keçirdiyi iddia edilən ikinci pilotun vəzifəsini yerinə yetirə bilməyəcəyinə qərar verən kapitan Hava Hərəkəti İdarəsi ilə əlaqə saxlayıb və təcili eniş icazəsi istəyib. Köln hava limanına istiqamətləndirilən təyyarə insidentsiz yerə enib. İkinci pilot təcili yardım maşını ilə xəstəxanaya aparıldıqdan sonra uçuşa yeni ikinci pilot təyin edilib.

Təyyarə uçuşdan əvvəl lazımi yoxlamalardan keçdikdən sonra beş saat sonra Köln hava limanından ayrılaraq İngiltərənin Mançester hava limanına gəlib.

Xəbər xətti