Merz Ukraynada atəşkəsə ehtiyac olduğunu bildirib

00:00 - 19 Avqust 2025 - DÜNYA

Almaniya kansleri Fridrix Merz növbəti dəfə münaqişənin həlli üçün danışıqların növbəti mərhələsinə qədər Ukraynada atəşkəsə ehtiyac olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, Merz Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Volodimir Zelenski ilə Avropa liderlərinin görüşündə deyib:
"Və, açığını desəm, hamımız atəşkəsə nail olmaq istərdik. Növbəti görüşə gəlincə, onun atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm. Ona görə də gəlin bunun üzərində işləyək".

Eyni zamanda Merz Rusiyaya təzyiq göstərmək lazım olduğunu bildirib. “Mən bu aspekti vurğulamaq istərdim və artıq növbəti görüşdə atəşkəsə nail olmaq istərdim, o, harada olursa olsun, üçtərəfli olmalıdır”, - kansler yekunlaşdırıb.

Xəbər xətti