Dövlət Sərhəd Xidmətinin üç hərbi qulluqçusuna ali hərbi rütbələr verildi

13:00 - 16 Avqust 2025 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Vahid oğlu Qurbanova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ceyhun Həsən oğlu Nəbiyevə

polkovnik Azər Əliyusif oğlu Şirinova.

Xəbər xətti