Şabran rayonunda 17 yaşlı qız itkin düşüb.
Rayon sakini Aytən Ömərova iyunun 19-da evdən çıxaraq Bakıya, xalasıgilə gedəcəyini deyib. Lakin o, nə xalasıgilə gedib, nə də evə qayıdıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan müraciət edilərək, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi"nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.