Avqustun 17-də Başqırdıstanın Sterlibaşevski rayonundakı uşaq düşərgəsindən 22-si uşaq olmaqla Sterlitamak yoluxucu xəstəliklər mərkəzinə 25 xəstə daxil olub. Müayinədən sonra 16 nəfər xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Ayrat Raxmatullin öz Telegram kanalında məlumat verib.
Onlardan 22-si uşaq, 3-ü böyükdür. Onlar tibb müəssisəsində mütəxəssislər tərəfindən müayinə olunublar. Müayinə və yardımdan sonra 9 nəfər evə göndərilib. Digər 16 nəfərin vəziyyəti isə hazırda normal qiymətləndirilir.
Region prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır və Rospotrebnadzor İdarəsinin ərazi şöbəsinin əməkdaşları nəzarət fəaliyyətinə cəlb edilib.