Kim Çen In ABŞ və Koreyanın təlimlərini düşmənçiliyin təzahürü adlandırıb

07:49 - 19 Avqust 2025 - DÜNYA

KXDR rəhbəri Kim Çen In müdafiə qabiliyyətinin artırılmasının vacibliyini qeyd edib və ABŞ-Cənubi Koreyanın birgə “Ulchi Freedom Shield” təlimlərinin keçirilməsini pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı KCNA xəbər agentliyi məlumat yayıb.

ABŞ və Koreya Respublikasının birgə hərbi təlimlərinin bərpasını KXDR-ə qarşı son dərəcə düşmənçilik və qarşıdurmada qalmaq niyyətinin bariz təzahürü adlandıran Kim Çen In bildirib ki, ABŞ və Koreya Respublikası arasında hərbi əlaqələrin möhkəmlənməsi və güc nümayişi onların müharibəni alovlandırmaq istəyinin bariz təzahürüdür.

KXDR rəhbəri həmçinin qeyd edib ki, baş verənlərin ciddiliyi getdikcə artır, çünki bu təlimlər nüvə silahı ilə əlaqəli ola biləcək mexanizmləri tətbiq edir. Belə bir şəraitdə müdafiə qabiliyyətinin inkişafı zəruridir.

Xəbər xətti