2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ucnota.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 42,9 faiz, Qırğızıstandan - 36,0 faiz, İordaniyadan - 28,7 faiz, Qazaxıstandan - 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan - 16,1 faiz, Kanadadan - 15,8 faiz, ABŞ-dan - 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan - 10,9 faiz, Cənubi Koreyadan - 10,8 faiz artıb.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,0 faiz azalaraq 522,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 4,1 faiz artaraq 656,8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,8 faiz azalaraq 1188,9 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.