Avropa İttifaqının xarici işlər nazirləri avqustun 28-30-da Brüsseldə qeyri-rəsmi görüşdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bunu X-də Avropa İttifaqının fövqəladə onlayn sammitindən sonra Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas yazıb.
"Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya hazır olmalıdır. Mən bu məsələləri gələn həftə Aİ xarici işlər və müdafiə nazirlərinin görüşünün gündəliyinə qoymuşam", - o yazıb.