UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı keçirilib.
Ucnoqta.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb (1:3). Oyunun birinci hissəsində rəqib hesabı açıb. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.
Birinci hissə bu hesabla sona çatıb. Qarşılaşmanın 50 -ci dəqiqəsində Marko Yankoviç hesabı bərabərləşdirib - 1:1.
67-ci dəqiqədə Ağdam təmsilçisi Kevin Medinanın qolu ilə irəli keçib (1:2). İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı 85-ci dəqiqədə heabı 1:3 edib.
Oyun bu hesabla da bitib.
Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq.