Ucnoqta.az
www.ucnoqta.az

Erməni hərbçiləri daşıyan maşın qəzaya düşdü - <font color=red><b>18 yaralı</b></font>

07:10 - 12 Aprel 2019 tarixində dərc olunub.

Ermənistanın Sünik vilayətində “ZİL” markalı hərbi maşın qəzaya uğrayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, nəticədə 18 nəfər müxtəlif xəsarətlərlə Mehri tibb mərkəzinə yerləşdirilib. Hərbçiləri daşıyan maşın Mehridən Naxçıvan sərhədi istiqamətində hərəkət edirmiş. “ZİL”də 18-20 yaşlı 20-dək əsgərin olduğu müəyyən edilib. Yaralıların əksəriyyəti sınıq xəsarəti alıb.

Qəzaya səbəb kimi maşının əyləc sistemində yaranmış texniki problem göstərilir.
Hazırda onların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Müəllif: